Avtomobil kanala düşdü: 3 nəfər xilas olundu

0
599

 Yevlax rayonunda “Hyundai” markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BIR CAVAB BURAXIN