Avstriya Rusiya-ABŞ sammitini qəbul etməyə hazırdır

0
250

Avstriya tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə Rusiya və ABŞ arasında sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Avstriya Xarici İşlər nazirliyinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Marqot Klestil Löffler deyib.  O qeyd edib ki, Avstriya bu sahədə geniş təcrübəyə malikdir və Rusiya-ABŞ sammitini qəbul etməyə hazırdır.

Xatıraladaq ki, Putinlə Tramp arasında ilk geniş tərkibli görüş 2018-ci ilin iyul ayının 16-da Helsinkidə baş tutub. İki ölkə prezidentləri arasında növbəti belə görüşün bu ilin noyabr ayında G-20 liderlərinin Buenos-Ayres sammiti zamanı keçirilməsi nəzərdə tutulurdu. Lakin Kerç boğazında Rusiyanın Ukrayna gəmilərinə hücum etməsindən sonra Tramp Putinlə görüşməkdən imtina etdi.