Avstriya 60 nəfərin qatilini Rusiyaya vermədi

0
454

Avstriya hökuməti rusiyalı kriminal avtoritet Aslan Qaqiyevi (Canko) Rusiyaya ekstradisiya etməkdən imtina edib.

 Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Kriminal avtoritetin ekstradisiyasından imtina edilməsinə səbəb kimi Cankonun aerofobiya (uçuş qorxusu) xəstəliyi göstərilib.

Maraqlıdır ki, Cankoda aerofobiya xəstəliyinin olması ilə bağlı məlumat rəsmi Vyanaya onun ekstradisiyasından bir neçə saat öncə verilib. Daha sonra isə vəkillər məhkəməyə müraciət edərək Rusiyanın onun təhlükəsizliyini təmin edə bilməyəcəyini bildiriblər.

Qeyd edək ki, Canko Vyanada 2015-ci ilin yanvarında həbs edilib.

Canko Rusiyada 60 nəfərin öldürülməsində və cinayətkar dəstə yaratmaqda ittiham edilir. O öz cinayətkar dəstəsini Şimali Osetiyada yaradıb. Bu dəstənin üzvlərinin böyük hissəsi 1992-ci ildə Gürcüstan-Cənubi Osetiya müharibəsinin iştirakçısı olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − two =