Avropada vaxtilə nəhəng tısbağalar yaşayıb

0
704
Гигантская черепахаFotonun müəllifiWİLLEM KOLVOORT/NATUREPL.COM

Alimlər nəhəng tısbağaların nə vaxtsa təkcə Galapagos adalarında yaşamadığını müəyyən ediblər. BBC Earth-in təhlilçisi qədimdə bütün qitələrdə yaşayan bu böyük zirehli sürünənlərdən danışıb.

2 milyon il bundan əvvəl, Avropanın cənub-şərqində ilk dəfə insanlar meydana çıxan zaman qitənin qərb hissəsində nəhəng tısbağaların Titanochelon növü yaşayıb. Bunun ən böyük təsdiqi İspaniyadakı qədim kaftar yuvalarında tapılan sümük qalıqlarıdır.

Quru tısbağaları hazırda bizim planetdə yaşayan 50 növün daxil olduğu kifayət qədər çoxsaylı qrupdur.

Ən məhşur quruda yaşayan tısbağalar isə Galapagos tısbağalarıdır.

Onların çanağının diametri 1 metrdən böyük ola bilər ki, bu da bu canlıları əsl əfsanəyə çevirib.

İspaniyada yeni paleontoloji materiallar aşkar edilibFotonun müəllifiADAN PEREZ-GARCİA
Image captionİspaniyada yeni paleontoloji materiallar aşkar edilib

Bu cür tısbağaların onlarla belə məşhur növü var ki, onların bütün nümayəndələri Chelonoidis nigra ailəsinə aiddir.

Daha az məşhur olan, böyük quru tısbağaları dünyanın o biri ucunda Hind okeanındakı Mərcan adalarında yaşayırlar.

Onların hamısı bir növə aiddir. Bizim günlərə qədər gəlib çatmış hər iki nəhəng tısbağa növü adalarda yaşayır və belə ehtimal etmək olar ki, bu zirehlilər böyük ölçülərə yalnız o zaman çatırlar ki, inkişaf zamanı uzun müddət təcrid olunmuş bir yerdə yaşasınlar.

Nəhəng Galapagos tısbağası (Chelonoidis nigra)Fotonun müəllifiRUSSELL LAMAN/NATUREPL.COM
Image captionNəhəng Galapagos tısbağası (Chelonoidis nigra)

Lakin adalarda materikdəki qardaşlarından uzaqda yaşayan digər canlıların da bəzən ölçüləri böyüyür.

Madriddəki Uzaqdan Beynəxalq Təhsil Universitetinin nümayəndəsi Adana Peres-Qarsianın sözlərinə görə, paleontoloji məlumatlar bunun əksini söyləyir.

Belə ki, yaxın keçmişdə Antarktidanı çıxmaq şərtilə demək olar ki bütün materiklərdə və Avropada quru tısbağalarının bir neçə növü yaşayıb.

Titanochelon tısbağaları böyük ölçülərə sahib olublarFotonun müəllifiADAN PEREZ-GARCİA
Image captionTitanochelon tısbağaları böyük ölçülərə sahib olublar

Onlardan sonuncusu olan Titanochelon bu qitədə yaşayan ən böyük tısbağa növüdür.

Bununla yanaşı Peres-Qarsia və onun həmkarları tərəfindən 2017-ci ilin yanvarında təsvir edilən tısbağanın qalıqları başqa cür düşünməyə əsas verir.

Titanochelon tısbağasının sümükləriFotonun müəllifiADAN PEREZ-GARCİA
Image captionTitanochelon tısbağasının sümükləri

İspaniyanın cənub-şərqində Bets dağlarında aparılan arxeoloji qazıntılar zamanı paleontoloqlar Titanochelon növünə aid olduğu güman edilən omba və barmaq sümükləri aşkar ediblər. Bu sümüklərin 2 milyon yaşı var.

Bu isə nəhəng quru tısbağalarının Avropa qitəsində palentoloqların düşündüyündən 1,3 milyon il əvvəl mövcud olduğunu göstərir.

Sümüklər qədim kaftar yuvasında aşkar edilib. Lakin Peres-Qarsia tısbağanın hansısa yırtıcının qurbanı olduğundan şübhələnir.

Peres-Qarsia-nın fikrincə məhz yırtıcılar tərəfindən gələn təhlükə Titanochelonun uzunluğunun böyüməsi amillərindən biri ola bilər.

Titanochelon tısbağası alimlərin düşündüyündən də əvvəl mövcud olubFotonun müəllifiADAN PEREZ-GARCİA
Image captionTitanochelon tısbağası alimlərin düşündüyündən də əvvəl mövcud olub

San-Paolo universitetindən Scott Thomson başqa amillərin də olduğunu bildirərək, tısbağanın ölçüsünə isti iqlimin və zəngin qidaların bol olmasının da təsir göstərdiyini qeyd edib.

“İsti iqlim bitkilərin artması və xüsusilə yüksək qidalandırıcı dəyərlər üçün çox əlverişlidir. Buna görə də canlılar, xüsusulə tısbağalar tez inkişaf edərək böyük ölçülərə çatırlar”.

Lakin çox təəssüf ki, 2 milyon il bundan əvvəl Avropada soyuq iqlim başladığına görə bu nəhəng canlıların bəxti gətirməyib.

Titanochelon tısbağaları nə vaxtsa kontinental Avropada yaşayıblar.Fotonun müəllifiADAN PEREZ-GARCİZ
Image captionTitanochelon tısbağaları nə vaxtsa kontinental Avropada yaşayıblar.

“Soyuq iqlimdə sağ qalmaq üçün tısbağalar özlərinə sığınacaq tapmalıydılar, amma onlar buna qadir deyillər”, – deyə Thomson bildirib.

Soyuqdan gizlənmək üçün balaca tısbağalar torpağın altına soxula bilərlər, bəlkə elə bu səbəbdən də onlar elə bugün də Avropada yaşaya bilirlər.

Bundan başqa Thomson-un sözlərinə görə, nəhəng tısbağaların yumurta qoyması kiçik tısbağalardan uzun çəkir.

Soyuq iqlimdə bu da problem yaradır. Amma nəhəng tısbağalar və ümumilikdə bütün tısbağalar daha bir ciddi təhlükə ilə üzləşmişdilər.

Onların çoxu insanlar tərəfindən məhv edilmişdi

Titanochelon tısbağaları müasir nəhəng quru tısbağalarından daha böyük olublarFotonun müəllifiADAN PEREZ-GARCİA
Image captionTitanochelon tısbağaları müasir nəhəng quru tısbağalarından daha böyük olublar

Buna görə də Titanochelon növünün qalıqları bu qədər əhəmiyyət kəsb edir.

Lakin alimlərin fikrincə, nəhəng tısbağaların nəsli qədim insanlar Avropaya gəlməzdən əvvəl kəsilib.

Burdan bu qənaətə gəlmək olar ki, Titanochelon növünün yoxa çıxmasıyla insanların əlaqəsi yoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × two =