Avropada müsəlmanların sayı iki dəfə artacaq

0
661

 

 

 Yaxın 30 ildə müsəlmanların sayının Avropada 2 dəfə artacağı gözlənilir.

Mediainfo.az-ın verdiyi məlumata görə bu barədə ABŞ-ın Pew Research Center Sosioloji Araşdırma Mərkəzinin hazırladığı hesabatda deyilir. Araşdırma mərkəzi Avropada müsəlmanların artımına təsir edən 3 variantı əsas götürüb. Bu variantların birincisi Avropaya müsəlman axınına qadağa qoyulacağı zaman artıq bu ölkənin vətəndaşları olan müsəlmanlar arasında olacaq təbii artımla bağlıdır. Sosioloqların fikrincə belə olacağı təqdırdə Avropada müsəlmanların sayi təbii artım hesabına 2,3 faiz artaraq ümümi əhali sayının 7,4 faizini təşkil edəcək. İkinci variantda Avropaya davam etməkdə olan miqrasiya prosesinə diqqət cəlb edilib. Bu proses davam edəcəyi təqdirdə  2050-ci ildə Avropada müsəlmanlarin sayı ümumi əhalinin 11,2 faizini təşkil edəcək. Uçüncü variantda isə deyilir ki, islam ölkələrindən Avropaya qaçqın və məcbur köçkün axınları davam edəcəyi təqdirdə Avropada müsəlmanların sayi artaraq ümumi əhalinin 14 faizini təşkil edəcək.

BIR CAVAB BURAXIN