Avropada ən soyuq qışdır

0
577

 

Berlin, 6 yanvar 2017

Avropada son illərin ən soyuq qışı keçir. Finlandiyada mənfi 41 dərəcə rekord vurub. Ağır qrip səbəbindən bu ölkədə 21 nəfər ölüb. Almaniyada isə “Axel” fırtınasından sonra 26 dərəcə şaxta gözlənilir.

Bosniya -Hersoqovinada qar və şaxtalı hava azı 5 gün davam edəcək. Avqustda İtaliyada 300 nəfərin ölümü ilə nəticələnmiş zəlzələ bölgəsi də qar altında qalıb.

Qarlı havada necə hərəkət etməklə bağlı alman həkimlər tövsiyələr yayıblar.

Berlin Ortopediya Dərnəyinin açıqlamasında sürüşüb yıxılmanın qarşısını almaq üçün pinqivin yerişi yerimək məsləhət görülür.

Həkimlər deyir ki, insanlar yeridikcə bədənlərinin ağırlığı hər iki ayağa bərabər şəkildə düşür və yıxılma riski artır. Pinqivinlərsə insanlardan fərqli olaraq ağırlıq mərkəzini önə atılan ayağa yönəldir. Bununla da sürüşkən yolda yıxılmırlar.

BIR CAVAB BURAXIN