Avropa Məhkəməsi təsdiqlədi: Ermənistan işğalçıdır!

0
678


 

Ötən həftə Ermənistan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Muradyan Ermənistana qarşı” şikayətinin icrası barədə qəbul etdiyi qərara əsasən təxminən 50 min avro məbləğində kompensasiya ayırdı.

Axar.az xəbər verir ki, bu sözlər hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayevanın “Vestnik Kavkaza” saytında yayımlanan məqaləsində əksini tapıb. Məqalədə bildirilir ki, 2016-ci ilin noyabrında Avropa İnsan Hüquqları Məhkəməsi əsgərin atasının şikayətini təmin edib və Ermənistan Respublikasını sözügedən məbləğdə kompensasiya ödəməyə məcbur edib:

“Xatırladaq ki, iddiaçı, ölənin atası Qraçya Muradyan Ermənistan vətəndaşıdır, Baqramyan kəndində yaşayır. O iddia edirdi ki, oğlunun ölümü ondan yüksək rütbəli hərbçilərin qəddar rəftarı nəticəsində baş verib.

Bundan başqa, iddiaçı əsgərin malyariya xəstəliyindən öldüyü haqda rəsmi açıqlamasının araşdırılmadığını da qeyd edib.

Məsələni araşdıran Avropa İnsan Hüquqları Məhkəməsi isə əsgərin ölüm səbəbi olaraq təzyiqlərə məruz qalması və onunla kobud rəftar edilməsi faktını üzə çıxararaq, Ermənistanı 50 min avro məbləğində cərimələyib.

Məhkəmənin qərarı, Dağlıq Qarabağ ərazisində baş verən əsgər ölümünün araşdırılması Ermənistan Respublikası qanunvericiliyinin öhdəliyindədir, çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayon Ermənistan Respublikasının səmərəli nəzarəti altındadır.

Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı 2015-ci il 16 iyun tarixində “Çiraqov və digərləri Ermənistana qarşı” qərarının davamı kimi qiymətləndirilə bilər. O qərarda olduğu kimi, bu məsələdə də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarına nəzarət etdiyini təsdiqləyir. Bu hadisələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsi, Ermənistan vətəndaşlarının münaqişə zonasında hərbi xidmətə cəlb edilməsi, Ermənistan, “Dağlıq Qarabağ Respublikası özünümüdafiə qüvvələri”nin sözügedən ərazidə qanunsuz hərbi birləşmələrin komplektləşdirilməsi faktını təsdiqləyir.

Üstəlik, 1907-ci il Haaqa konvesiyası və 1949-cu il Cenevrə konvensiyasına əsasən, məhkəmə qərara alıb ki, Ermənistan Respublikası Azərbaycan torpaqlarını işğal edib və bu ərazidə öz hərbi güclərini yerləşdirib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq məhkəmə orqanı kimi tanınan və hüquqları qorunan bu orqan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını öz aldığı qərarlarda əks etdirir.

Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun dediyi kimi, “Avropa məhkəməsi ermənilərin uydurma iddialarına son qoydu. Ermənistan artıq heç yerdə deyə bilməz ki, “Dağlıq Qarabağ Respublikası” müstəqil şəkildə mövcuddur, İrəvan isə onun həyata keçirdiyi fəaliyyətə görə məsuliyyət daşımır”.

Bu o deməkdir ki, Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağ Respublikası yaratmağa çalışır, lakin onun müvafiq olaraq müstəqil suveren hakimiyyəti yoxdur. Bununla “Dağlıq Qarabağ Respublikası” separatçı oyuncaq rejiminin müstəqillik məsələsində erməni spekulyasiyalara birdəfəlik son qoyuldu və Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin – Azərbaycan və Ermənistan tərəflərinin olduğu təsdiqləndi”.

 

BIR CAVAB BURAXIN