Avropa Liqası: “Qarabağ” Yunanıstanda tarixi qələbə qazandı

0
574

11

Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdamın “Qarabağ” klubu IV turun oyunu çərçivəsində səfərdə Yunanıstan PAOK-u ilə qarşılaşıb.

Saloniki şəhərinin “Tumba” stadionunda keçirilən oyunda komandamız 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu .matçın 69-cu dəqiqəsində “Qarabağ”ın meydana təzəcə çıxmış yarımmüdafiəçisi Miçel Madeyra vurub.

Qrupun digər oyununda isə İtaliyanın “Fiorentina” klubu Çexiya “Slovan”ını 3:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra “Fiorentina” 10 xalla “J” qrupunun dəyişməz liderinə çevrilib və növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” səfərdə qazanılan 3 xalla ikinci pilləyə yüksəlib. Azərbaycan təmsilçisinin aktivində 7 xal var. PAOK 4 xalla 3-cü, “Slovan” isə 1 xalla qrup sonuncusudur.

BIR CAVAB BURAXIN