Avropa İttifaqı Böyük Britaniyanı Breksit problemini qısa müddətdə həllm etməyə çağırıb

0
557

Avropa İttifaqı Breksitlə bağlı Böyük Britaniyadan atacağı addımları sürətləndirməyi xahiş edib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, Avropa komissiyası sədrinin birinci müavini Frans Timmermans bu gün Brüsseldə keçirilən brifinqdə deyib ki, quruma üzv ölkələr Breksitlə bağlı Böyük Britaniyadan mövqeyini dəqiqləşdirməyi və qısa müddətdə  qəti addımlar atmasını gözləyirlər: “Biz istəyirik ki, Britaniya hökuməti Breksitlə bağlı atacağı addımları müəyyən etsinlər. Avropa komissiyası müvafiq anlaşmanın olmamasına baxmayaraq öz öhdəsinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Halbuki bu (Breksit) bizim seçimimiz deyil”.