Avropa Birliyi iki üzv ölkəsinə 10 gün vaxt verdi

0
552

Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri İspaniya və Portuqaliyaya sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.

Bu barədə informasiyanı BBC yayıb. Avrozona ölkələrinin belə bir addım atmasına səbəb Madrid və Lissabonun öz büdcələrində defisiti aradan qaldıra bilməmələri olub. Nazirlərin bəyanatında hər iki ölkənin bunun üçün effektiv addımlar atmadığı bildirilib.

İspaniya və Portuqaliyanın bu qərara qarşı öz arqumentlərini səsləndirmək və qərardan şikayət etmək üçün 10 gün vaxtı var. Bu olmayacağı təqdirdə Avropa Komissiyası 20 gün ərzində İspaniya və Portuqaliyaya sanksiyalar tətbiq edəcək. Sanksiyalar əsasən hər iki ölkəyə öz ümumi daxili məhsullarının 0,2% dəyəri səviyyəsində cərimələrin tətbiq edilməsi formasında olacaq. Bu isə bir neçə milyard dollar edir.

Qeyd edək ki, 2015-ci ildə Avropa Birliyi İspaniya büdcəsindəki defisitin 4,2%-ə endirilməsini tələb etsə də, Madrid bunu bacarmayıb. Defisit 5,1% olub. Portuqaliyada isə defisit tələb olunan 2,5% əvəzinə 4,4% olub.

BIR CAVAB BURAXIN