Avropa Birliyi Türkiyənin bu quruma üzv ola biləcəyi vaxtı açıqlayıb. Türkiyə mediası xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə müsahibə verən birliyin komissarı Günter Ottinger rəsmi Ankaranın yalnız Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti bitdikdən sonra Avropa Birliyinə üzv olmağa ümid edə biləcəyini deyib.
Jurnalistin Ottingerin 2013-cü ildə dediyi “Avropa Birliyi Türkiyəyə üzvlük üçün yalvaracaq” sözlərini xatırlatmasına komissar belə cavab verib: “Bu, Türkiyənin Avropa Birliyi üçün iqtisadi və coğrafi baxımdan strateji bir ölkə olduğunu vurğulamaq üçün deyilmiş söz idi. Ancaq Ərdoğan hökuməti ilə münasibət baxımından mümkün deyil. İndiki vəziyyətdə 10 illik müddət də Avropa Birliyinə üzvlük üçün yetərli deyil. Bu mövzu Ərdoğan hakimiyyətindən sonrakı məsələdir”.