Avro-2016 rəqəmlərdə

0
347
Football Soccer - Switzerland v Poland - EURO 2016 - Round of 16 - Stade Geoffroy-Guichard, Saint-Étienne, France - 25/6/16Switzerland's Xherdan Shaqiri scores their first goal REUTERS/Max RossiLivepic

 

Fransa yığmasının oyunçusu Antuan Qrizman çempionatda 6 top vurub.

Portuqaliya yığması ilə Fransa arasındakı final matçı Avropa çempionatları arasında əsas vaxtı 0:0 hesabı ilə başa çatan ilk oyundur.

Aron Remzi və Eden Azar qolla nəticələnən 4 ötürmə veriblər.

Uelslə keçirilən yarımfinal oyununda rəqib qapısına başla top vuran Ronaldo bununla da Platininin rekordunu təkrar edib. Ronaldo həmçinin Macarıstanın qapısına vurduğu qolla 4 Avropa çempionatında qol vuran ilk futbolçu olub.

18 yaşlı Renatu Sanşeşe Avropa çempionatının ən gənc oyunçusu olub. O bununla da Ronaldonun rekordunu (19 yaş) təzələmiş olub.

İslandiya yığmasının qapıçısı Hannes Halldourson orta hesabla hər oyunda 5 dəfə öz qapısını 100 faizli qoldan xilas edib.

Avropa çempionatının ən sürətli oyunçusu Kinqsli Koman olub. O, saatda 32i8 kilometr qaçaraq belçikalı Karraskonu azacıq (32,3km) qabaqlayıb.

Macarıstan yığmasının qapıçısı Kiray 40 yaşı olmasına baxmayaraq etibarlı oyunu ilə sübut edib ki, bu yaşda da əla formada olmaq olar.

Portuqaliya Fransa yığmasına qalib gəlməklə 41 illik qələbə həsrətinə son qoyub. Portuqaliya sonuncu dəfə 1975-ci ildə Fransa yığmasına Parisdə 2:0hesabı ilə qalib gəlmişdilər.

 

Fransa 1960-cı ildən sonra ilk dəfə öz meydanlarında keçirən beynəlxalq turnirdə məğlubiyyət ağrını yaşayıb. 1960-cı ildə Avropa çempionatının bürünc medalları uğrunda keçirilən oyunda Fransa öz meydanında Çexoslovakiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.

Levandovski Avropa çempionatında ən tez qol vuran oyunçu olub. Rusiya yığmasının oyunçusu Dmitri Kiryakov 2004-cü ildə yunanlarla oyunda 67-ci saniyədə rəqib qapısından qol keçirmişdi.

Avropa çempionatında hər oyunda orta hesabla 2,12 qol vurulub. Bundan əvvəlki Avropa çempionatında isə orta hesabla hər oyunda 2,45 ol vurulmuşdu.

Portuqaliya yığmasının oyunçusu Naninin İslandiyanın qapısına vurduğu qol Avropa çempionatları tarixində vurulan 600-cı qol olub.

Avropa çempionatının oyunlarını 2 milyon427 min 303 nəfər izləyib. Orta hesabla hər oyuna 47min  594 nəfər tamaşa edib.

Avropa çempionatında11 metrlik cərimə zərbələrini rəqib qapılarından keçirə bilməyən oyunçuların arasında Ronaldo, Ramos, Məsud Özil və Draqoviç kimi mqəşhur futbolçuların adları var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 10 =