Ev Xəbərlər ATV-də ananın fəryadı hamını ağlatdı (VİDEO)

ATV-də ananın fəryadı hamını ağlatdı (VİDEO)

0
642
ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
a24.az xəbər verir ki, 2017-ci il mayın 15-də Bakının mərkəzində, Torqovıda yaşadığı evin eyvanına çıxaraq özünü atan 31 yaşlı Susana Şərifovanın anası Olqa Şərifova verilişə şikayətçi qismində müraciət edib. O, nəvələrinin ondan gizlədildiyini deyib və bu məsələdə mərhum qızının qaynanası Simuzər Nüsrətbəylini günakar bilib.
Deyilənlərə münasibət bildirən qaynana sözlərinə şeirlə davam edib.
Studiyada ekspert qismində yer alan aktrisa Mehriban Xanlarova əsəblərinə hakim ola bilməyib və Simuzər Nüsrətbəylinin sözünü yarıda kəsib. Onlar arasında mübahisə yaranıb. Proqramı studiyadan canlı izləyən tamaşaçılar da Susananın qaynanasına irad bildiriblər və aparıcı Zaur Baxşəliyevdən onun verilişdən uzaqlaşdırılmasını istəyiblər.

BIR CAVAB BURAXIN