Atletiko”nun prezidenti: “Baxın, “Qarabağ”la oyunlarda nə baş verdi?”

0
577

 

Bütün komandalar sanki bir tapmacadır

“Çempionlar Liqasında qrupda qalmağımız bizə böyük zərbə oldu. Amma keçirdiyimiz oyunlarda bəxtimizin gətirmədiyini düşünürəm”.

Bunu İspaniya “Atletiko”sunun prezidenti Enrike Serezo komandanın futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirərkən deyib. 69 yaşlı funksioner İtaliyada “Roma” ilə keçirdikləri ilk tur matçında və “Qarabağ”la 2 oyundan birində qələbə qazana bilməmələrinə diqqət çəkib: “İlk turda “Roma”nı səfərdə yenməli idik. Özü də inamlı qələbə qazanmağa borclu idik. Çünki xeyli qol imkanından yararlana bilmədik. “Qarabağ”la görüşlərin birindən isə qalib ayrıla bilərdik. Lakin qol vura və qələbə qazana bilmədik. Bizim qol yollarındakı problemlərimiz belə maneələrə səbəb oldu. İndi Avropa Liqasında çıxış edəcəyik. Lakin qələbə əzmimiz Çempionlar Liqasındakı kimi olacaq”.

Serezo çıxış etdikləri La Liqa, İspaniya Kuboku və ya Avropa Liqasında hansısa titulu əldə etmək istədiklərini bildirib: “Avropa Liqasında da çox yaxşı komandalar var. 3 yarışda iştirak edirik və hansısa titulu əldə etmək istəyirik. Baxın, “Qarabağ”la oyunlarda nə baş verdi? Bütün komandalar sanki bir tapmacadır”.

Qeyd edək ki, Çempionlar Liqasında C qrupunu 7 xalla 3-cü pillədə başa vuran “Atletiko” “Qarabağ”la Bakıdakı görüşdən 0:0, Madriddəki qarşılaşmadan isə 1:1 hesablı heç-heçə ilə ayrılıb(report)

BIR CAVAB BURAXIN