Atlantida əfsanəsi, Atlantida müəmması

0
1244

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın əfsanəvi Atlantida ilə bağlı araşdırma yazısını təqdim edir

Atlantida… Bu qədim və yüksəksivilizasiyaya malik əfsanəvi qitə haqqında son yüz ildə minlərlə yazı yazılıb. Demək olar ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada Atlantidanın taleyi ilə maraqlanmasınlar, özlərində atlantlara bənzər xüsusiyyətlər axtarmasınlar. Atlantidanın su altında qalması barədə yüzlərlə ehtimal irəli sürülüb. Adətən, bu ehtimalların hamısında qədim Atlantidanın mövcud olduğu yer kimi indiki Yunanıstan, Türkiyə, İtaliya və Afrikanın şimalını, bir də Hibraltarı göstəriblər. Lakin son vaxtlar Atlantidanın su altında qalması ilə bağlı ehtimallara əks olan digər bir fərziyyə də irəli sürülməkdədir. Belə ki, Atlantidanın axtarışı ilə məşğul olan tanınmış isveçli tədqiqatçı Ulf Erlinqsson atlantidaşünasları heyrətləndirən bir ehtimalla çıxış

edib. O, bəyan edib ki, Atlantida heç də yer altına getməyib. Onun sözlərinə görə, qədim Atlantida indiki İrlandiyadır. Tədqiqatçı alim bu ehtimalını sübut etmək üçün Atlantida ilə bağlı qədim mənbələrə müraciət edib. Qədim yunan filosofu Platona görə, atlantlar yaşayan adanın kənarları dağlarla örtülü olub, onun mərkəzihissəsi düzənlikdən ibarət olub. Məhz bunu əsas götürən Erlinqsson yazır: “Mən dünyanın bütün adalarının coğrafi xarakteristikasını öyrəndim. Araşdırmalarıma görə, dünyanın 50 ən iri adasından yalnız İrlandiyanın mərkəzi düzənlik hissədən ibarətdir. İrlandiya və qədim Atlantida iki əkiz kimi bir-birinə oxşayır”.

Erlinqssonu təəccübləndirən başqa bir şeydir. O deyir ki, bu günə qədər tədqiqatçıların bu adi fakta diqqət yetirməmələrinin səbəbini anlaya bilmir. Digər tərəfdən də, tədqiqatçı alim razılıq hissi ilə qeyd edir ki, dünyadakı bütün kəşflər gözlənilmədən edilir. Qədim Atlantidanın məhvi barədə yayılan, Yunanıstan tarixçilərivə filosofları tərəfindən yazıya köçürülən xəbərlərə gəlincə, Erlinqsson bunun da səbəblərini izah edir. O deyir ki, qədim yunanlar mahir dənizçilər idilər və onlar İrlandiyaya qədər gedib çıxmışdılar. Onlar Atlantidanınməhvi barədə əfsanəni İrlandiya sakinlərindən eşitmiş və geriyə qayıdanda bu əfsanəni hamıya nəql etmişlər. Qədim yunan tarixçiləri və filosofları da dəniz səyyahlarından eşitdikləri bu əfsanəyə özünəməxsus bir don geyindirmiş və İrlandiyanı yunanların tələffüz etdiyi kimi, Atlantida adlandırmışlar. Erlinqsson: “Atlantida adını Platon özüfikirləşib. Çünki İrlandiya və ya İrlantida Platon üçün yad kəlmə idi. Bir də qədim yunanlar hər şeyi özününküləşdirmək kimi eqoist bir xüsusiyyətə malik idilər. Yunanlar ayaq basdıqları hər yeri özlərininki hesab edirdilər. Ona görə də getdikləri yerin adını yunancaya uyğunlaşdıraraq tələffüz edirdilər”, – deyir.

Doğrudan da, Erlinqssonun dediyi kimi, yunan səyyah və tarixçilərinin qədim yer adlarını özününküləşdirməsi nəticəsində bir çox tarixi hadisələr sirr qatına bürünüb. Erlinqsson İrlandiyanın Atlantida olmasını sübuta yetirmək üçün uzun illər boyu İrlandiya sahillərində tədqiqat aparıb. IDünya müharibəsi zamanı ingilis və alman hərbi dəniz qüvvələri arasında qızğın döyüşlər meydanı olan Dokter-bankada o, Atlantidanın izlərini tapıb. Atlantidanın tapılmasına həsr etdiyi kitabında o yazır: “Şimal dənizindəki Dokter-bankada böyük bir ada olub. Bir neçə min il bundan əvvəl isə bu ada suyun altına gedib”.

Erlinqsson öz ehtimallarını sübuta yetirmək üçün digər faktlara da müraciət edir. Tədqiqatçı alimin sözlərinə görə, Atlantidanın Platon tərəfindən təsvir etdiyi sərhədləri Avropa və Afrikanın şimalındakı meqalitik abidələrin sərhədlərinə uyğun gəlir. Erlinqssonun iddiasına görə, atlantlar indiki Dublinin ətrafındakı sirli Nyuqranc və Nout, həmçinin bütün meqalitik abidələri inşa ediblər. Qeyd edək ki, Nout və Nyuqranc abidələri 5-10 min il bundan əvvəl inşa edilib. Hələlik, tədqiqatçıların böyük əksəriyyəti, o cümlədən Atlantidanın tədqiqi ilə məşğul olanalimlər Erlinqssonun Atlantida ilə bağlı irəli sürülən ehtimallarını qəbul etmək istəmirlər. Tədqiqatçılarınbir qismi əvvəlki kimi, 11 min il bundan əvvəl dənizdə sulara qərq olan Spartel adasını, digərləri isə İspaniyanınbir hissəsini müəmmalı şəkildə məhv olan Atlantidanın qalıqları hesab edirlər. Rusiyada isə Atlantidanın axtarışı ilə məşğul olan tədqiqatçılar ildə bir dəfə bu mövzuya həsr olunmuş elmi konfrans keçirirlər. Bu tədbirlərdə Atlantida ilə bağlı aparılan tədqiqatlar barədə məlumat verilir və irəli sürülən ehtimalların nə qədər həqiqətə uyğun olub-olmaması araşdırılır. Atlantşünas alim Aleksandr Voronin belə hesab edir ki, Atlantida gec-tez tapılacaq. O deyir ki, son vaxtlar Braziliyaya məxsus San-Paulo adası akvatoriyasında qədimdə mövcud olan “böyük torpağın” qalıqları aşkar edilib. Atlantik sularında isə (bir neçə kilometr su altında) qədim məbəd tapılıb. Məbədin ən azı 8-10 min il yaşı var. Bu da atlantların 10 qardaş olduqları və çoxlu sayda adalarda yaşadıqları barədə əfsanələrdə deyilənlərə uyğun gəlir. Şirşov adına Rusiya Elmlər Akademiyası Okeanologiya İnstitutunun elmi əməkdaşı, geologiya- mineralogiya elmləri doktoru Aleksandr Qorodnitski: “Atlantidanın mövcud olması barədə kifayət qədər sübutlar var. Amma iddia etmək olmaz ki, Atlantida Hibraltarda və ya İrlandiyadadır. Çox güman ki, Atlantida yalnız bir neçə iri adadan və ya böyük quru hissəsindən ibarət olmayıb. Onun sərhədləri ola bilsin ki, indiki Atlantik okeanının əhatə etdiyi əraziləri əhatə edərək, Afrika və Amerikanın cənubuna qədər uzanıb. Mənə elə gəlir ki, Atlantidanın böyük hissəsi Atlantik okeanı suları altında qalıb”, – deyə yazır.Öz fikirlərini sübuta yetirmək üçün Qorodnitski apardığı tədqiqatları sübut kimi göstərir. Tədqiqatçı alim ötənilki ekspedisiya zamanı Atlantik okeanının dibində qədim və olduqca müəmmalı tikililərin izlərini aşkar edib. Hibraltardan 500 kilometr aralıda yerləşən sualtı Amper dağlarının ətəklərindəki siqarabənzər müəmmalı tikililər çox güman ki, altantlarla əlaqədardır. Hələ dünyanın heç yerində belə müəmmalı siqara bənzər tikili aşkar edilməyib. “Məlumdur ki, Amperin də daxil olduğu qədim Xoşmu dağları 7 milyon il əvvəl su üzərində olub. Amma sonra naməlum səbəblər üzündən su altına qərq olublar. Ola bilsin ki, burada su altında aşkar edilən qədim tikililər atlantlara aiddir. Amma bunu sübuta yetirmək üçün əlimizdə kifayət qədər sübut yoxdur”, – deyənQorodnitskinin fikrincə, Atlantidanın qalıqları indiki Avropada, Amerikada və Afrikadadır. O, Atlantidanın bir neçə adadan ibarət olması barədə deyilənləri qəbul etmir. Bununla belə, Erlinqssonun Atlantidanın İrlandiya ola bilməsi barədə irəli sürdüyü ehtimallar da kifayət qədər ağlabatan və məntiqli görünür. Ümumiyyətlə götürdükdə, qədimlərdə Yer kürəsinin 6-da beş hissəsinin qurudan ibarət olduğu alimlərdə şübhə doğurmur. Amma sonra bizim bilmədiyimiz səbəblər üzündən qurunun böyük hissəsi okean suları altında qalıb. Beləehtimal etmək olar ki, qədim Atlantida indiki Atlantik okeanının əhatə etdiyi ərazidə və ya qısa desək, indiki kiçik Asiya, Avropa və Afrika ilə Amerikanın arasında yerləşibmiş. Atlantların göydən gələnlərlə mübarizə etməsi və nəticədə səmadan hücuma məruz qalaraq sulara qərq olmaları barədəki əfsanələrdə, hər halda,həqiqət var. Göydən gələnlərin həyata keçirdikləri əməliyyat nəticəsində atlantların yaşadıqlarıquru hissə suya qərq olub. Nəticədə Atlantidanın qalıqlarının bir hissəsi Amerikada, digər hissəsi Avropada qalıb. Son illərdə bu mövzuda onlarla elmi araşdırmalarla tanışlıqdan sonra bizdə belə təsəvvür oyanıb ki, indiki kiçikAsiya, Afrikanın şimalı və okean sahilləri, Avropa və Amerika qədim Atlantidanın qalıqlarıdır. Atlantidanın mərkəzi hissəsinin, yəni paytaxtları və paytaxtlarına bitişik olan ərazilərin İrlandiya və Hibraltarda olması iləəlaqədar irəli sürülən ehtimalların hansının doğru olacağını isə gələcək göstərəcək.

Əziz Mustafa/Arazinfo.com

 

BIR CAVAB BURAXIN