Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün çox az bilinən cəhətlərindən biri də antik sirlərə, okkultizmə və ezoterizmə olan marağıdır.
Axar.az xəbər verir ki, Atatürkün ən böyük xəyallarından biri də türklərin mənşəyini ortaya çıxarmaq olub. Qazinin əmri ilə Osmanlı imperatorluğunun yaranmasından cümhuriyyətin ilk illərinə qədər türklük axınları ilə bağlı aparılan bütün araşdırmalar toplanılıb, əcnəbi elm adamları dəvət edilib. 1930-cu ildə isə Türk Tarix Qurumu qurulub.
Araşdırmalar nəticəsində çox zəngin qaynaq və məlumatlar əldə edilib. Ancaq türklərin haradan gəlməsi ilə bağlı yaranmış suala cavab tapılmayıb. Mövzu yavaş-yavaş gündəmdən düşsə də, əlindəki qaynaqların işığı ilə Atatürk şəxsən qısa tezislər hazırlayır və bu tezisləri yeməyə dəvət etdiyi akademiklərlə müzakirə edir.
1932-ci ildə təqaüdçü general Təhsin Mayatəpək Atatürkü ziyarət edir. Təhsin bəy Maya dili ilə Türk dili arasındakı oxşarlıqlardan bəhs edir və MU qitəsi araşdırmaçısı kimi tanınan ingilis polkovnik Ceyms Şruçvardın ona danışdığı Hindistanda tapılan lövhələrdən danışır. Bu, Atatürk üçün axtardığı sualın cavabını tapmaq istiqamətində yeni bir ümid olur və onu olduqca həyəcanlandırır.
Atatürkün itmiş MU qitəsində nə axtarması barədə daha geniş məlumatı aşağıdakı videodan əldə edə bilərsiniz:
https://youtu.be/-7SCq6Lsx3I?t=120