ATƏT cəbhə xəttindəki insidentlərin araşdırılması mexanizmini hazırlayır

0
351

 

ATƏT Qarabağ münaqişəsi ilə bağlı cəbhə xəttində baş verən insidentlərin araşdırılması qərarına gəlib. “Yeniavaz.com”un xarici mətbuata istinadən bildirir ki, ATƏT Baş katibi Lamberto Zanye Hamburqda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan-Ermənistan təmas xəttində baş verən insidentlərin araşdırılması məqsədi ilə xüsusi mexanizmin hazırlanması üzərində iş gedir.

Lambero Zanye: “Atəşkəsə nəzarəti tam şəkildə həyata keçirə biləcək mexanizm üzərində işi başa çatdırmaq üzrəyik. Bu mexanizm münaqişə zonasındakı insidentlərin qarşısının alınmasına və atəşkəsin davam etməsinə imkan verəcək”,-deyib.

O eyni zamanda qeyd edib ki, cəbhə xəttində atəşkəsin tez-tez pozulması sülh prosesini şübhə altına alır və bölgədə müharibənin yenidən alovlanmasın gəitrib çıxara bilər: “Biz atəşkəsə nəzarət mexanizmini hazırlaraq onu təmas xəttində tətbiq etməklə bölgədə yenidən müharibənin alovlanmasına yol verməmək niyyətindəyik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve + four =