Aşıq Ədalət Qazaxda dəfn ediləcək: Bakıdakı vida mərasimi ləğv olundu

0
405
 

 

Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. Bu barədə yerli KİV-ə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 14 =