Türkiyənin Hatay vilayətinin İskenderun qəsəbəsində yaşayan F.A. (34) sosial şəbəkədə tanış olaraq 1 il birlikdə olduğu E.D. (27) adlı qadının əri B.D. tərəfindən zorlandığını deyib.
Arazinfo.com Milli.Az-a istinadən xəbər verir ki, F.A.-ya təcavüzdən sonra qadın alt paltarı geyindirilərək şəkilləri çəkilib.
F.A. 4 il öncə sosial şəbəkə hesabı vasitəsi ilə Qaziantepdə yaşayan evli E.D. adlı qadınla tanış olub. F.A. qadınla 1 ill boyunca müxtəlif vaxtlarda birlikdə olub. Daha sonra ayrılan F.A. və E.D. 3 il sonra sosial şəbəkə vasitəsi ilə yenidən yazışmağa başlayıblar. E.D.-nin dəvəti ilə Qaziantepə gedən F.A. verilən ünvana gəldiyində qadının əri və yanındakı 2 kişi tərəfindən silah gücünə avtomobilə mindirilərək kimsəsiz bir yerə aparılıb. Burada F.A. qadının əri B.D. tərəfindən zorlanmaya məruz qalıb. Sonra F.A.-ya qadın alt paltarı geyindirən B.D. ilə dostları gəncin fotolarını çəkib, pulunu və mobil telefonunu əlindən alıblar.