“Arsenal”la yeni tarix yazmaq imkanı qazandım”

0
430

“Arsenal”ın yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Arsen Vengerin gedişindən sonra boş qalan posta Unay Emeri gətirilib.

 

PSJ-nin sabiq çalışdırıcısı London klubu ilə 3 illik müqaviləyə qol çəkib. İspaniyalı mütəxəssis “Arsenal”ın baş məşqçisi kimi ilk açıqlamasını da verib. O, “topçular”la uğur qazanacağına inandığını söyləyib: “Böyük klublardan birinə qoşulduğum üçün çox xoşbəxtəm. “Arsenal” təcrübəli və gənc futbolçuları, eyni zamanda özünəməxsus oyun üslubu ilə sevilir. London klubunda yeni tarix yazmaq imkanı əldə etdiyim üçün sevinirəm”.

 

Qeyd edək ki, Unay Emeri PSJ-dən əvvəl “Almeriya”, “Valensiya”, “Spartak” (Moskva) və “Sevilya”nı çalışdırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + 19 =