“Arsenal”ın qapısını Navas qoruyacaq

0
476

İngiltərənin “Arsenal” futbol klubu Madridin “Real” klubunun əfsanəvi qapıçısı Keylor Navası öz heyətinə qatıb.

Arazinfo.com-un sports.ru-ya istinadən verdiyi xəbərə görə kosta-rikalı 32 yaşlı qapıçının transferi “Arsenal”a 14 milyon funt-sterlinqə başa gəlib. Navasın “Real”la müqaviləsi bu ilin yayında başa çatırdı. Madridlilərin heyətində böyük uğurlara imza atan Navas 2014-cü ildən kral klubunun şərəfini qoruyurdu. O, bu komanda ilə birgə 4 dəfə UEFA Çempionlar liqasının, 3 dəfə UEFA superkubokunun, 4 dəfə UEFA klublararası dünya çempionatının qalibi olub. Bununla belə Tibo Kurtuanın “Real”a transferindən sonra Navasın əsas heyətdə oynamaq şansı azalmışdı. Bütün hallarda taninmış futbol mütəxəssisləri Navası Kurtuadan daha güclü qapıçı hesab edirlər və onun transfer qiymətinin 14 mılyon deyil, 40-45milyon avro olduğu vurğulanır.