Arif Səlimov: “Hər kəsə sonsuz təşəkkürümü bildirirəm”

0
627

9 noyabr Bayraq Günü münasibətilə Yeni Ramana qəsəbəsi Qara Qarayev 14 ünvanında yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirə qatılan bəstəkar-müğənni Arif Səlimov tədbirlə bağlı təəssüratlarını Mediainfo.az  saytına söylədi:

“Bu bayram günündə gözəl balalarla bir yerdə olduq, xoş anlar yaşadıq. Bu məkanın rəhbəri Rəhilə xanıma, “Bizim ailə “ tumlarına, müğənni dostlarıma, tədbirin keçirilməsində mənə dəstək olan hər kəsə  sonsuz təşəkkürümü bildirirəm. Tədbirə dəvət etdiyim müğənni dostlarıma tədbir haqqında öncədən xəbər vermişdim və həmin gün orada neçə uşağın ad günü olacağından da məlumatlıydım. Ona görə də reabilitasiya mərkəzində noyabr ayında ad günü olan 6 uşağın o xoş günü münasibətilə müğənni Lamiyə Abdullayeva gözəl tort və müğənni Şövkət Əliyeva da xörəklərimizin şahı olan aş hazırlayıb apardı və hər iki müğənni yeni mahnıları ilə də çıxış edərək bu xoş günlərində onları sevindirdilər. Gənc müğənni Rəvan Cəfərli sözləri Vaqif Əliyə, musiqisi mənə aid olan “İkimizdə” mahnısını oxuduqdan sonra onun ifasında ard-arda şən mahnılar dinlənildi. Müğənni Günay İbadova da oxuduğu mahnılarla uşaqların sevincinə xoş ovqat bəxş etdi.

Bu xeyriyyə tədbirində iştirakımıza görə Qafqazmedia.az saytı bütün iştirakçıları diplomla təltif etdi. Bir daha öz adımdan, bu  xeyriyyə tədbirində iştirak edən müğənni dostlarımın adından həm Qafqazmedia.az saytına, həm də informasiya dəstəyinə görə Mediainfo.az saytına sonsuz təşəkkürümü bildirirəm”.

 

 

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN