Türkiyə yığmasının Rusiya ilə yoldaşlıq və DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Fatih Terimin açıqladığı heyət sürpriz olub.
Belə ki, Arda Turan, Burak Yılmaz, Caner Erkin və Hakan Baltanın əsas heyətdən kənarda qalması diqqət çəkib.
Türkiyə millisinə aşağıdakı futbolçular dəvət alıb.
Qapıçılar: Harun Tekin (“Bursaspor”), Onur Kıvrak (“Trabzonspor”), Volkan Babacan (“Başakşehir”)
Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi “Gənclərbirliyi”), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı “Fənərbaxça”), Çağlar Söyüncü (“Frayburq”), Serdar Aziz (“Qalatasaray”)
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“Bayer” Leverkuzen), İrfan Can Kahveci (“Gənclərbirliyi”), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı “Fənərbaxça”), Nuri Şahin , Emre Mor (hər ikisi “Borussiya” Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi “Beşiktaş”), Gökhan Töre (“Vest Hem”), Cengiz Ünder (“Başakşehir”)
Hücumçular: Cenk Tosun (“Beşiktaş”), Yunus Mallı (“Maynts”), Enes Ünal (“Tvente”)