Ankara ilə Vaşinqton arasında ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsi müzakirə edilib

0
286

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər arasında əsas müzakirə hədəfi Amerika qoşunlarının Suriyadan çıxarılması barədə prezident Trampın dünən verdiyi açıqlama olub. İki ölkə dövlət rəsmisinin  telefon danışığı barədə məlumat verən Türkiyə Xarici işlər nazirliyi mətbuat xidməti  danışıqların səmimi məcrada keçdiyini bildirib: “Nazirimiz ABŞ Dövlət katibi Maykl Pompeo ilə danışıqlar aparıb. Danışıqlarda əsas müzakirə hədəfi ABŞ qoşunlarının Suriya ərazisindən çıxarılması məsələsi olub”.

Türkiyə Xarici işlər nazirliyi mətbuat xidməti Çavuşoğlu ilə Pompeo arasında danışıqların digər detalları barədə hələlik hər hansı məlumat verməyib.