Andrey Şevçenko: “Yuxarılar final mərhələsində iştrak etməyimizi məsləhət bilsələr…”

0
577

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlaşan Ukrayna yığmasının əsas məqsədi qrup mərhələsində uğurla çıxış etməkdir. Bu barədə Ukrayna mətbuatına açıqlama verən yığma komandanın baş məşqçisi Andrey Şevçenko bunun üçün bütün imkanlara malik olduqlarını söyləyib. Andrey Şevçenko: “Mən çox arzu edirəm ki, qrup mərhələsini uğurla başa vuraraq Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanaq. Məsələnin digər tərəfinə gəlincə, yəni Rusiyada oynayan ukraynalı futbolçularla bağlı hansısa qərar qəbul etmək mənim səlahiyyyətimdə deyil. Mənə gəlincə, Rusiyada oynayan ukraynalı futbolçularla hər hansı problemim yoxdur”,- deyib.

Ukrayna yığması dünya çempionatının finalına vəsiqə qazanacağı halda Rusiyaya gedəcəkmi sualına isə cavabında baş məşqçi bildirib ki, bununla bağlı nə isə deməyə çətinlik çəkir: “Əgər yuxarılar dünya çempionatının final mərhələsində iştrak etməyimizi məsləhət bilsələr, onda Rusiyaya gedəcəyik. Əgər onlar bunu istəməsələr, onda biz də dünya çempionatının final mərhələsində oynamayacağıq”.

BIR CAVAB BURAXIN