Ançelotti İtaliya yığmasına baş məşqçi təklifini qəbul etmədi

0
610

“Bavariya”nın keçmiş baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasına başçılıq etmək təklifindən imtina edib.

“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, son bir neçə gün 58 yaşlı mütəxəssislə danışıqlar aparılıb. K. Ançelotti İtaliya futbolunda islahatlar başlamayanadək milli komandaya başçılıq etməyə hazırlaşmır.

Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmadığına görə, baş məşqçi Campyer Ventura vəzifəsindən azad edilib.

BIR CAVAB BURAXIN