Amerikalı teleaparıcı Trampı «psixi xəstə» adlandırıb!

0
617

Amerikalı teleaparıcı Rozi O*Donnell Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Trampı «psixi xəstə» və «psixi dayanıqsız» adlandırıb. Həm də o, ilk dəfə deyil ki, öz qalmaqallı çıxışları ilə diqqət mərkəzinə gəlir.

Öz «Tvitter»ində Rozi yazıb ki, Donald Trampı dayandırmaq üçün Amerikanın 3 həftədən də az vaxtı qalır.
Bu, Tramp ailəsinə qarşı Rozi O*Donnellin ilk «hücum»u deyil. Bundan əvvəl teleaparıcı «You Tube»dəki videoya bir şərhini dərc etdirib. Burada toplanmış və 10 yaşlı Berronun iştirak etdiyi videomateriallarda ehtimal edilir ki, oğlan xəstə ola bilər. Rozi yazıb: Berron Tramp autizmdən əziyyət çəkir?

Amma sonradan o, Trampın həyat yoldaşından üzr istəyib və ehtiyatsız davrandığını etiraf edib.

Azpolitika.info

BIR CAVAB BURAXIN