Amerikalı qubernator Rusiyanı yeni sanksiyalarla hədələdi

0
460

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Filipp Merfi üzvü olduğu Demokratlar Partiyasının Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını bildirib.

Mediainfo.az-ın verdiyi məlumata görə, Handelsblatt-ə açıqlamasında Merfi deyib ki, Tramp administrasiyasının Rusiyaya münasibətdə həyata keçirdiyi sanksiyalar ciddi nəticələr vermədiyindən Demokratlar Partiyası Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayır: “Bizim hazırladığımız sanksiyalar yalnız diplomatik təşəbbüslə məhdudlaşmayacaq, hərtərəfli olacaq. Sanksiyaların sərt şəkildə reallaşdırılması üçün addımlar atılacaq və onu pozanlar da eyni dərəcədə cəzalandırılacaqlar”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi Kurt Uolker də bildirmişdi ki, Vaşinqton hər iki-üç aydan bir Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Uolker ABŞ-ın bununla əlaqədar Avropadaki müttəfiqləri ilə sıx şəkildə işlədiyini bəyan edib.

Əziz Mustafa

 

 

 

 

BIR CAVAB BURAXIN