AMERİKA MOSULDA, RUSİYA HƏLƏBDƏ “İLİŞƏCƏK”! – “Türkiyəsiz mümkün deyil!”

0
592

Onların başqa çıxış yolları yoxdur və məcbur qalıb bizim üstümüzə gələcəklər – oturub şikayətlərini dinləyəcəyik ki, görək, əlimizi kirlətmədən necə ortaq hərəkət edib, hansı yardımı göstərə bilərik. Bu məsələlər bir qədər zaman alır. Həm də ki, Amerikanın Mosulda, Rusiyanın isə Hələbdə hansı vəziyyətə düşəcəyini deyə bilmərik.

Onlar bu qanlı avantüraya baş vurmamışdan əvvəl bizdən nə isə soruşdularmı? Xeyr! Və əgər gəlib bizdən bir şey istəsələr, onda milli maraqlar baxımından oturub düşünmək lazımdır…

– Rusiyanın işi çətinləşir

Nəhayət, Moskva başa düşdü ki, Hələbdə uşaqların kütləvi öldürülməsindən, Qroznı faciəsində olduğu kimi yaxa qurtarmaq elə də asan olmayacaq. Çeçenistanın paytaxtı Rusiya Federasiyasının içərisində yerləşir və dünya 1999-2000-ci illərdə Rusiya ordusu tərəfindən yerlə bir edilən şəhər barəsində səsini çıxaracaq halda deyildi. 2003-cü ildə dərc edilmiş rəsmi məruzələrdə Qroznıda 21 min dinc sakinin öldürüldüyü bildirilir (əslində bu göstərici 50 min nəfərdir). ”İnsan əli ilə məhv edilmiş şəhər”. Bunu Rusiya ordusu törədib. Məqsəd çeçen separatçılarının təmizlənməsi olub. Bu arada isə bütöv bir şəhər dağıdılıb və İkinci Dünya Müharibəsindən sonra ən geniş miqyaslı etnik təmizləmələrdən biri baş verib.

İndi Hələb – yeni Qroznıdır! Rusiya ordusu bu şəhərdəki müqaviməti qırmaq üçün həmin strategiyadan istifadə edir. Amma Hələb Rusiya şəhəri deyil və öldürülən uşaqlara görə Rusiyadan tələb olunacaq hesab böyüyür.
Hələb Putini “miloşeviçləşmə” prosesinə itələyir və o heç cür geriyə dönə bilmir. Bombardmanın müvəqqəti dayandırılması, açılacaq altı koridordan dinc vətəndaşların şəhərdən çıxması ilə bağlıdır. Digər məqsəd – sabah ehtiraslar soyuyacaq və törədilmiş hərbi cinayətlərin hesabı geridə qalacaq düşüncəsindən ibarətdir.

– Amerika da çətin yolu seçib

Mosul əməliyyatı deyilən hərbi təşəbbüsün ən zəif tərəfini qeyd edək: poker oyununda blef edərək, beş ədəd müxtəlif kartlarla masanın üstündəki pulları götürə bilərsiniz, amma müharibə poker deyil və beş müxtəlif gücü bir araya gətirərək, qalib gəlməniz gərəkdir.

Əsası şiələrdən təşkil olunmuş İraq ordusu, peşmərgələr, sünnü qəbilə birlikləri, şiə milislər, yerli Mosul gücləri…
Bir-birlərini sevməyən və çiyin-çiyinə döyüşməyi bacarmayan müxtəlif qüvvələr arasındakı ABŞ!

İraq ordusunun 9-cu diviziyası şiə əsgərlərdən ibarət idi və onlar Mosulu qətiyyən öz torpaqları kimi görmürdülər. 2014-cü ilin avqustunda İŞİD gəldi və bütöv bir diviziya, əlindəki texnikanı qoyub, geriyə baxmadan qaçdı. Bəs, indi nə baş verib? Eyni diviziya və eyni hərbçilər irəli sürülür. Elə əməliyyatın ilk günündə bu diviziya böyük itkilər verdi. Mosul əməliyyatı 24 saatlıq müddətə dayandırıldı.

Peşmərgələrin İraq ordusuna münasibəti xoş deyil. Sünnü qəbilələrin və Mosullu yerli güclərin yanında şiə silahlıları dayanıb. Bütün bunlara necə nəzarət olunacaq?

Pentaqondakı ağılsızlar illərdir ki, Türkiyəyə qarşı çıxıblar. Və ona görə də yalançı strategiyanın sonu belə olur.
Dostum, ”bu məsələni yerli İraq gücləri ilə həll edəcəyiz” deyəndə, sən, bu güclərin bir-biriylə bıçaq-bıçağa dayandıqları barəsində maraqlandınmı? Belə bir mozaik güclərlə Mosul əməliyyatınamı başlamaq istəyirsən?…

– Uğursuzluğa məhküm olmuş iki ordu

heleb

Biz apardıqları asimmetrik müharibədə öz məqsədinə nail olmaq üçün mübarizə etdikləri silahlı dəstələrdən daha çox, mülki əhaliyə ziyan vuran iki ordudan bəhs edirik. İsrail ordusu kimi, ABŞ və Rusiya ordusunun da sıx əhali yaşayan məkanlarda həyata keçirdikləri hərbi əməliyyatlar bərbad gündədir.

Yaxşı olardı ki, onlar öz hərbi akademiyalarında Türkiyə Silahlı Qüvvələri və polis güclərinin PKK-ya qarşı 2015-ci ildə apardığı barrikada döyüşlərini öyrətsinlər. Daha bir mühüm nümunə “Fərat qalxanı” əməliyyatıdır. Azad Suriya Ordusundakılar da yerli gücdür. Amma onların yanına atəş gücü yüksək olan bir ordu dəstəyi əlavə edilərsə, onda “İŞİD əfsanəsi”nın necə darmadağın olduğuna şahidlik edərik.

Əgər siz döyüş zonası ilə 1,3 min kilometrlik sərhədə malik olan və dünyanın ən güclü ordularından birini hesabdan silirsinizsə, onda sizi Hələb və Mosulda çarəsizlik gözləyir.

163819_src

Siz çoxsaylı günahsız insanları öldürürsünüz, xeyli itkilər verir və verdirirsiniz. Ümumi yekunda gələcəyiniz nöqtə -bizim eradan üç əsr əvvəl Yunan çarı Pirrin hər şeyini itirməklə romalılar üzərində qələbə çalmasına bənzəyəcək.
Mən bu yazını bizim dövrümüz üçün hədsiz iddialı olan ”gəlin buralara girib, məsələni həll edəyin” kimi sözlərlə bitirmək istəmirəm. Onu söyləmək istəyirəm ki, qoy onlar gəlsinlər və bu bataqlığın qurudulması üçün birlikdə nə etməyin mümkün olduğundan danışsınlar.

Siz Yaxın Şərqdə Türkiyəsiz müharibə edə bilərsiniz, lakin Türkiyəsiz sülhə nail olmaq mümkün deyil…

(“Star”qəzeti – Türkiyə. Müəllif: Ardan Zentürk)

BIR CAVAB BURAXIN