Amerika Kuboku-2016: 1/4 finalın cütlükləri bəlli oldu

0
598

Amerika Kuboku-2016-da bütün 1/4 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələyə iyunun 17-də start veriləcək.

 

İlk oyun günündə meydan sahibi ABŞ millisi Ekvadoru sınağa çəkəcək. İyunun 18-də turnirin favoritləri arasında göstərilən Kolumbiya Braziliyanın mübarizəni dayandırdığı qrupu lider kimi tamamlayan Peru ilə üz-üzə gələcək.

 

1/4 finalın digər iki qarşılaşması ayın 19-na təsadüf edəcək. Çempionluğa əsas namizəd sayılan Argentinanın rəqibi Venesuela olacaq. Bu mərhələnin ən maraqlı cütlüyündə isə Meksika ilə Çili münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Yarımfinalda mərhələsindəki potensial cütlüklər də bəllidi. ABŞ – Ekvador görüşünün qalibi final yolunda Argentina – Venesuela cütlüyünün qalibinə rəqib olacaq.

 

Meksika – Çili görüşünün xoşbəxt komandası isə yarımfinalda ya Kolumbiya, ya da Peru ilə qarşılaşacaq.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları iyunun 21-22-də keçiriləcək. Final qarşılaşması isə iyunun 26-da olacaq.

BIR CAVAB BURAXIN