“Altın kәlәbәy”i bu azərbaycanlı müğənni qazandı

0
540

46-cı “Altın Kelebek” Mükafatları öz sahiblərinə verilib.

Bu il ilk dəfə kateqoriyalar arasında “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası təşkil olunub. Yerli ulduzlardan Əməkdar artist Röya Ayxan, müğənnilər Miri Yusif və Nigar Camal bu nominasiya üzrə yarışıblar.

Gecənin sonunda tamaşaçılardan gələn səslər əsasında Röya Ayxan “Azərbaycanın ən parlaq ulduzu” mükafatını qazanıb.

Qeyd edək ki, bir çox sənət növünü əhatə edən və ən yaxşıların mükafatlandırıldığı “Altın kelebek” Türkiyənin “Oskar”ı sayılır./Publika.az/

BIR CAVAB BURAXIN