Almaniyanın Rusiyaya yeni zərbəsi -“Şimal axını” ilə bağlı şərt qoydu

0
306

Almaniya Rusiya qazını Avropaya çatdıracaq “Şimal axını – 2″ layihəsini 3 şərt müqabilində dəstəkləyəcək. ANS PRESS-in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriyel bəyan edib.
“Almaniya layihəni dəstəkləmək üçün 3 şərt irəli sürüb: “Şimal axını” qanunvericiliyin tələblərinə cavab verməlidir, Ukrayna tranzitini təhdid etməməlidir və Şərqi Avropaya qaz ixracını məhdudlaşdırmamalıdır”, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, Almaniyanın Avropa Komissiyasının da dəstəklədiyi qəti mövqeyi var ki, “Şimal axını – 2″ 3-cü enerji paketi normalarına cavab vermir.

Ziqmar Qabriyel - Almaniyanın energetika naziri

Ziqmar Qabriyel – Almaniyanın energetika naziri

“Şimal axını” layihəsinin Baltik dənizi dibi ilə keçən ikinci qolu Almaniyaya ixrac edilən qazın həcmini iki dəfə artıraraq ildə 110 milyard kub/metrə çatdırmalıdır.
Layihənin reallaşmasına dair konsorsiuma Rusiyanın “Qazprom” şirkətindən başqa Almaniyanın “E.ON” və “Wintershall”, “İngiltərənin Shell”, Avstriyanın “OMV” və Fransanın “ENGIE” daxildir .
“Şimal axını – 2″ layihəsinin tikintisi bir sıra ölkələrdə narazılıqla qarşılanır. Mart ayında Avropa İttifaqının 8 üzvü “Şimal axını” layihəsinin genişlənməsinin əleyhinə çıxıb. Onlar arasında – Çexiya, Estoniya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniya və Litva olub.  Bu ölkələrin rəhbərləri hesab edirlər ki, “Şimal axınının” 2-ci qolu özündə geosiyasi təhdid daşıyır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five − two =