Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülə

0
1012
Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb.
Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan “hesabınıza səhvən bu qədər pul məbləği keçirilib,  nə etmək fikrindəsiniz?” soruşulub.
Azərbaycanlı iş adamı da öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.
Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər almanın ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub.
Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü,  ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirdi:
“Hələ pulu geri qaytarmamış məndən hansı  ölkədən olduğumu soruşdular. Baxdım ki,  Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər”.
 Hadisə bu gün baş verib. Almaniya mediasında maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb.
 Qeyd edək ki, iş adamının adı bizə məlum olsa da, bəzi səbəblərdən açıqlanmır.

BIR CAVAB BURAXIN