Almaniya sürətlə silahlanmanın əleyhinədir

0
240

 

Almaniyanın Xarici işlər naziri Xayko Maas Avropada nüvəbaşlıqlı orta və yaxın mənzili raketlərin yerləşdirilməsinin əleyhinə çıxıb.

Arazinfo.com-un Deutsche Welle-yə istinadən verdiyi xəbərə görə, Maas bu barədə DPA agentliyinə açıqlamasında deyib. O bildirib ki, Almaniya istənilən halda nüvəbaşlıqlı orta və yaxın mənzili raketlərlə bağlı müqavilənin ləğvindən sonra bu tip silahların yenidən Avropada yerləşdirilməsinin əleyhinədir: “Avropa yenidən silahlanma yarışı meydanına çevrilməməlidir. Avropada nüvəbaşlıqlı orta və yaxın mənzili raketlərin yerləşdirilməsi Almanıyada narazılıqlara səbəb olacaq”.

Almaniya xarici siyasət idarəsinin başçısı Maas nüvə yarışının yenidən qızışmasının səhv olduğunu vurğulayıb.