“Almaniya Rusiyanın əsas ticarət tərəfdaşıdır”

0
361

“Bu günki görüşümüz məzmunlu və məhsuldar keçdi. İkitərəfli münasibətlərimizin bütün sahələrinə dair ətraflı müzakirələr apardıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Almaniyanın federal kansleri Angela Merkellə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Rusiya prezidenti Almaniyanın ölkəsinin əsas ticarət tərəfdaşı olduğunu söyləyib.
Vladimir Putin Almaniya kansleri ilə “Şimal axını 2” qaz kəməri layihəsini, Liviya və Suriyadakı, Ukrayna daxilindəki mövcud durumu, İran ətrafında yaranan vəziyyəti müzakirə etdiklərini söyləyib