Almaniya Bundestaqı məhkəməyə verildi – “Erməni soyqırımı” qalmaqalı

0
320

Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınması məsələsinə görə məhkəməyə verilib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərarla bağlı türk əsilli vəkil Ramazan Akbaş Karlsrux məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinə etiraz ərizəsi təqdim edib.
Bununla bağlı Akbaş özü açıqlama verib. O, Almaniyada yaşayan 4,5 milyon türk və türk əsilli almanın Almaniya Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət edə biləcəyini deyib.
Akbaş bildirib ki, Almaniya Bundestaqı türklərin bu ölkədəki nüfuzunu nəzərə almayıb və bunun üçün də hüquqi mübarizənin başlandığını deyib: “Almaniya odla oynayır. Bu qərarla qondarma erməni soyqırımının Almaniyada dərsliklərdə öz əksini tapması Bundestaqın ölkəyə nifrət toxumu səpməsi ilə nəticələnəcək. Onsuz da Almaniyada islamofobiya və türk düşmənçiyi açıq görünür”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 + five =