Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

0
1950

Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyaya səfər edib. Bu səfər Azərbaycan- Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdə yeni əməkdaşlıq imkanları yarada bilər.
Almaniya iqtisadi inkişaf baxımından Avropada önəmli rola malikdir. Buna görə də ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi vacibdir.
Dövlət başçısının keçirdiyi görüşlərdə həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı, ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğu vurğulanmış, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğu bildirilmişdir. Bu səfər iki dövlət arasında strateji tərəfdaşlığın inkişafının parlaq nümunəsi olmaqla gələcək münasibətlərdə yeni səhifə açır. Dövlətimizin artan beynəlxalq nüfuzu, Avropa üçün daha çəlbedici tərəfdaşa çevrilməsi martın 13-də Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfərində bir daha özünü göstərdi. Bu işgüzar səfər ölkəmizin Avropa üçün əhəmiyyətinin bir nümunəsidir. Azərbaycan- Almaniya münasibətləri son 30 il ərzində energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və başqa sahələrdə fəaliyyət əsasında yüksək nəticələr əldə etmişdir. İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında bu gün də aktivdirlər. Almaniya ilə iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı Azərbaycan üçün prioritet məsələ işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasıdır. Bu işdə alman iş adamları da yaxından iştirak edə bilərlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan coğrafiyada təhlükəsizliyin, sülhün, və sabitliyin gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına istiqamətlənmiş siyasət yürüdərək, regionda və dünyada etibarlı tərəfdaş kimi  özünü təsdiq etmişdir.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova