Alimləri şoka salan qəbilə: Onlar Kosmosun sirrini bilirlər

0
388

Mali Respublikasında məskunlaşmış Doqon qəbiləsinin kosmos və yad planetlilərlə bağlı məlumatları elm adamlarını təəccübləndirir. Maraqlısı odur ki, bu qəbiləyə əsrlərdir məlum olan həqiqətlərdən bəzilərini alimlər yaxın tarixdə kəşf ediblər.

 

Publika.az xarici KİV-lərə itinadən xəbər verir ki, Doqonlar Dünyada qonaq olduqlarına inanırlar. Onlar “yaradıcı səyyahlar”ın bir gün yenidən Dünyaya gələcəklərinə və onları buradan aparacaqlarını düşünürlər.

 

Bu qəbiləyə  məxsus, əsrlərlə yaşı olan divar rəsmlərində Dünyanın yumru olduğu, Dünyanın Günəşin ətrafında fırlandığı, Ayın Dünyanın ətrafında dövr elədiyi təsvir edilib.

 

Onların kosmos haqındakı bilikləri bununla kifayətlənmir. Saturnun halqalarından, Yupiterin peyklərindən, Sirius sistemindən xəbərdardırlar.

 

Onlar Nommo adlandırdıları “yaradıcıları”nın (yadplanetlilərin) “Emme Ya” adlı planetdə yaşadıqlarını deyirlər. Maraqlıdır ki, onların təsvir etdikləri “Emme Ya”ya oxşar planet həqiqətən də var. Həmin planet 1995-ci ildə kəşf edilib.

 

Heç bir texnologiyaya malik olmayan qəbilə üzvlərinin kosmosla bağlı bu cür məlumatları necə əldə etdikləri alimləri hələ də düşündürür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 1 =