Elm adamları dünyadan 600 işıq ili məsafədə özündən 2 dəfə kiçik bir ulduz ətrafında fırlanan planet kəşf ediblər.
Mediainfo Axar.az-a istinadən xəbər verir ki, İngiltərənin Varvik Universitetinin alimlərinin bu kəşfi elm dünyasını heyrətə gətirib.
NGTS-1b adı verilən planeti professor Daniel Baylissin rəhbərlik etdiyi alimlər aşkarlayıb.
“Bu dərəcədə böyük planetlərin özləri ilə müqayisədə çox kiçik olan ulduzlar ətrafında fırlanması bu günə qədər təsadüf olunmamış vəziyyətdir”, – Bayliss deyib.