Ali Radada ruscaya qadağa qoyuldu

0
353

Ukrayna Ali Radasının iclasında Bizim Diyar Partiyasından olan millət vəkili Anton Kisse Ukrayna dilində çıxış etməyə məcbur edilib.

Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” informasiya yayıb.

Məlumata görə, millət vəkili kürsüyə yaxınlaşaraq rus dilində çıxışa başlayıb. Ali Radanın vitse-spikeri Oksana Sıroid millət vəkilinə Ali Radada yalnız Ukrayna dilində danışmaq lazım olduğunu bildirib. Kisse isə cavabında hətta bolqarca da danışa biləcəyini deyib.

Qeyd edək ki, Anton Kisse Ali Radada çıxışını natamam şəkildə Ukrayna dilində edib. Deputat Ukraynanın dövlət dilini öyrənmək üçün kurslara başladığını açıqlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × two =