Ali məktəbə qəbul oldu, oxuya bilmədi – AZƏRBAYCANDA MƏKTƏBLİ FACİƏSİ – TƏFƏRRÜAT

0
554

 

Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbin direktoru Əlövsət Qurbanov dünən 11-ci sinif şagirdi olan iki məktəblinin dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı açıqlama verib. Lent.az-a danışan məktəb direktoru deyib ki, qəzaya düşən uşaqlar dünən ümumiyyətlə dərsdə iştirak etməyiblər: “İkisi də 11-ci sinifdə oxuyurdu. Xalid Limanda, Kənan isə Qumbaşı kəndində yaşayır. Dünən Xalid gedib atasının maşını ilə Qumbaşıdan Kənanı götürüb. Dərs ilinin axırıdır, uşaqlar “Son zəng”ə hazırlaşır, tədris proqramı da artıq yekunlaşıb. Ona görə yəqin ki, dərsə gəlməyiblər”.

 

Məktəb direktoru əlavə edib ki, qəzada vəfat edən Xalid Cəfərli bir neçə gün əvvəl ali məktəbə qəbul olmaq üçün imtahan veribmiş və 474 bal toplayıbmış: “İkisi də çox tərbiyəli, mədəni uşaqlar idi. Xalid ali məktəbə hazırlaşırdı, artıq qəbul olunmuş sayılırdı. Kənan da onun kimi mərifətli oğlan idi. Allahın qismətidir. Maşını idarə edərkən ehtiyatsızlıq ediblər, belə bir hadisə yaşanıb”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × two =