Ali məhkəmə Quadioya ölkəni tərk etməyi qadağan edib

0
463

Venesuela Ali Məhkəməsi muxalifət lideri və parlamentin sədri Xuan Quadionun ölkəni tərk etməsinə qadağa qoyub.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ali məhkəmənin çıxardığı hökmə əsasən həmçinin Quadionun bank hesabları dondurulub. Quadioya qarşı belə bir məhkəmə hökmünün çıxarılmasına səbəb onun ölkədə xarici güclərin təhriki ilə qarşıdurma salmaq və mövcud hakimiyyəti dəyişdirmək cəhdləridir. Müxalifət lideri həmçinin ölkədəki etiraz aksiyalarında  və polislə baş verən qarşıdurmalarda 40 nəfərin ölümündə dolayısı ilə iştirak etməkdə, əhalini dövlətə qarşı zorakılığa əl atmağa təhrik etməkdə, dövlət çevrilişi cəhdinə hazırlaşmaqda günahlandırılır.