Aleksandr Duqin: “5 rayonu Azərbaycana qaytarmaq lazımdır”

0
503
 

Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir.

Virtualaz.org bildirir ki, bunu Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

“Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması – çox ciddi məsələdir”, – Duqin deyib.

Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.

“Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”, – politoloq vurğulayıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − five =