Aldadılıb pulu əlindən alınan azərbaycanlı məşhurlar

0
537

Bəzən yaradıclıq fəaliyyəti, bəzən isə qalmaqallarla gündəmə gələn bəzi sənət adamlarının adları həm də məhkəmə zallarında hallanır. Bəzən məhkəmə proseslərində onların aldadılması, pullarının mənimsənilməsi faktları aşkarlananda, təəccüblənməyə bilmirsən. Ötən gün müğənni Könül Kərimovaya, bu gün isə Nazpəri Dostəliyevaya qarşı edilən saxtakarlıq bunu sübut edir.

Arazinfo.com Modern.az saytına istinadən məsələnin aktuallığını nəzərə alaraq aldadılan, müxtəlif yollarla pulu mənimsənilən tanınmış sənət adamlarını təqdim edir.

Qeyd etdiyimiz kimi ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova adlı qadın əməkdar artist, müğənni Könül Kərimovanı aldatdığı üzə çıxıb. Belə ki, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədi verib. K.Kərimova bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib. Və necə deyərlər, ittə gedib, ip də…

Xalq artisti Nazpəri Dostəliyevanın“Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Ali Attestasiya Komissiyanın aparat rəhbəri, akademik Arif Quliyev mətbuata bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir. Görünür, xalq artistini aldadıblar”.
Bu açıqlamadan sonra Nazpəri xanım İnstaqram-da alimlik dərəcəsi almasını “təsdiqləyən” şəhadətnamənin şəklini silib.

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Belə ki, 2014-cü ildə Xatirə Hacıyeva adlı şəxs müğənniyə ev almaqda yardımçı olacağını bildirib və ondan 70 min manat alıb, lakin qaytarmayıb. Bununla bağlı K.Xasıyeva belə deyib:
“Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Məni aldadıb, 2 ildir salıb çöllərə. 37 minlik maşınımı 12 minə özü əlimdən alıb”.

Tanınmış aşıq Namiq Fərhadoğlu da aldadılan sənət adamlarından biridir. Belə ki, Rəşad Babayev və Elnur Həsənov adlı şəxslər 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham ediliblər. İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək aldadıblar.

Xalq artisti Məleykə Əsədovanın adı bir vaxtlar nişanlısı ilə qalmaqalda çəkilib. Asif Vəliyev adlı şəxs Məleykə Əsədova ilə 2012-ci ilin əvvəlində tanış olub. Asif özünü ona imkanlı iş adamı kimi təqdim edib, hətta iş qurmaq, biznes adı ilə ondan 400 min manat borc da alıb. İstintaq materiallarında A.Vəliyevin xalq artistinə özünü Dubaydan Azərbaycana mal gətirən mömin biznesmen, sahibkar kimi təqdim etməsi öz əksini tapıb. Xaricdən “Maseratti” və “Mercedes Viano” markalı avtomobillər gətirməsinə söz verib və buna görə də M.Əsədovadan külli miqdarda pul alıb. Vaxt keçdikcə, xalq artisti Asifdən maşınları tələb etsə də, ikinci cürbəcür bəhanələr gətirməklə onu aldadıb. Aldadıldığını başa düşən M.Əsədova pullarını geri istəyib. İstintaq materiallarına görə, bunları bilən xalq artisti Asiflə münasibəti birdəfəlik kəsib. Hətta üzləşdiyi bu hadisələrə görə onun səhhətində nasazlıq yaranıb, əsəbləri pozulub, ürəyində, səs tellərində problemlər əmələ gəlib. Uzun müddət Moskvada və İranda müalicə alıb.

Xalq artisti Aygün Kazımova da aldadılanlar siyahısındadır. O, iddia edib ki, təşkilatçı Nahid Emiloğlu onu aldadıb: “N. Emiloğlunun 2015-ci il avqustun 21-də onun “Ayrılarmı könül candan” adlı konsertinə 400 VİP bilet götürüb. Məcbur olub həmin 400 biletin pulunu özüm ödədim. Mənə konsertim günü stress yaşatdı”.

BIR CAVAB BURAXIN