Alberto Moreno “Liverpul”u tərk etməyə hazırlaşır

0
554

İngiltərənin “Liverpul” futbol klubunun müdafiəçisi Alberto Moreno baş məşqçi  Yurgen Kloppun onu əsas heyətdə meydana buraxmamasından narazıdır.

Mediainfo.az-ın verdiyi məlumata görə, Goal nəşri bu səbəbdən də Morenonun “Liverpul”u tərk etməyə hazırlaşdığını yazıb. Nəşrin iddiasına görə, gələn ilin yayında “Liverpul”la sözləşməsi başa çatan Moreno komandanı azad agent statusunda tərk etmək niyyətindədir. Qeyd edək ki, “Sevilya”nın yetişdirməsi olan və İspaniya yığmasının heyətində oynayan 26 yaşlı Moreno 2014-cü ilin avqustunda “Liverpul”a transfer edilib. O “Liverpul”un əsas həyətində 84 dəfə meydana çıxıb və rəqib qapılarından 3 top keçirib

 

 

 

BIR CAVAB BURAXIN