“Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur”

0
404

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəf deyil. Lakin onun problemin tənzimlənməsi ilə bağlı müəyyən mexanizmləri mövcuddur”.

”Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, əsas məsələ Aİ-nin və bu quruma daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: “Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşdırılmaqdadır. Lakin komissiyanın son sədri Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı, Avropa Komissiyası qondarma rejimin Dağlıq Qarabağda keçirəcəyi “seçkiləri”, Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi bəyanatı pisləyir”.

Mərkəz sədri söyləyib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğuldur: “Avropa Komissiyası da münaqişənin həllində öz fəal rolunu görmür. Onlar sadəcə müəyyən layihələrə dəstək verilə bilər. Əsas odur ki, Avropa İttifaqı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir”.Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Şəfiqə Nazimqızı

Şəfiqə Nazimqızı

Xəbərin müəllifi

Abunə ol 0

Tərəfdaşların xəbərləri