Ağzını tikən iş adamının səhhəti pisləşib

0
445

 

Nicat İbrahim, etiraz olaraq ağzını tikib aclıq aksiyası keçirir, 2 yanvar 2017

Nicat İbrahim, etiraz olaraq ağzını tikib aclıq aksiyası keçirir

Yanvarın 5-iMilli Şuranın Koordinasiya Mərkəzinin üzvləri dekabrın 30-dan ağzını tikərəkaclıq aksiyası keçirdiyini bildirə Nicat İbrahimə baş çəkiblər.

Bu barədə məlumat yayan mərkəzin üzvi Oktay Güləliyev bildirir ki, O, ailəsi ilə birgə 3-cü mikrorayonda köhnə, təmirsiz uşaq bağçasında məskunlaşıb:

“Ailə pərişan vəziyyətdədir. Nicad bəy ona qarşı edilmiş haqsızlığa etiraz əlaməti olaraq 7 gündür yemək qəbul etmir. Həyat yoldaşı və 2 az yaşlı körpəsi də ona dəstək olaraq yemək yeməkdən imtina edirlər. Bir ailə gözümüzün qarşısında Bakının mərkəzində, dövlət qurumlarının laqeydliyi ucbatından ölümlə çarpışır. Bu gün, halı pisləşib və təcili yardım çağrılıb”

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev, 26 sentyabr 2013

Hüquq müdafiəçisi Oqtay Gülalıyev, 26 sentyabr 2013

Oktay Gülaliyevin deməsinə görə, onlar Nicad İbrahimdən aclıq aksiyasını dayandırmağı xahiş ediblər.O, isə sona qədər, haqq- ədalət öz yerini tapana qədər mübarizə aparacağını bildirib.

Xatırlatma

Nicat İbrahim adlı iş adamının, dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başladığı bildirilir. Bununla bağlı O, dekabrın 30-da facebook səhifəsində video-müraciət yayıb və kamera qarşısında ağzını tikib.

Nicad İbrahim video-müraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda ondan 32.000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər.

Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. Video müraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar.

Nicat İbrahim bildirib ki, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edib, ancaq şikayəti ədalətli araşdırılmayıb.

Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər, hələ ki, Nicat İbrahimin iddialarına münasibət bildirməyiblər.

Məsələyə hüquq mühafizə orqanlarından da münasibət almaq mümkün olmayıb.

Azadliq.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × one =