Ağsuda daha bir məktəb su içində “üzür”

0
310

Xəbər verildiyi kimi, Ağsu rayonunda şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbdə təmir işəri başa çatdırılmadığı üçün məktəb binasının üstü açıq qalıb və yağışdan sonra dərs otaqlarına su dolub.

“Qafqazinfo” xəbər verir ki, rayonda daha bir məktəbdə də analoji hal qeydə alınıb.

Belə ki, şəhid Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə də dərs ilinin başlamasına az qalmış başlanan təmir işləri vaxtında yekunlaşdırılmayıb. Bir neçə gündür havanın yağıntılı keçməsi səbəbindən otaqlar yararsız vəziyyətə düşüb, bəzi otaqlarda dəsr keçirilməsi dayandırılıb, şagirdlər evə göndərilib.

Məktəb rəhbərliyi yağışlar davam edərsə dərslərin ümumiyyətlə dayandırılacağı barədə məlumat verib.

Bəzi valideynlərin mövcud şəraitə görə uşaqlarını məktəbə göndərmək istəmədiyi bildirilir.

Qeyd edək ki, məktəbdə təmir işlərinə Təhsil Nazirliyinin göstərişi ilə 18 avqustda başlanıldığı bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × two =