Ağsuda 5 kənd işıqsız qalıb

0
534
 

Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kənd işıqsız qalıb.

“Report”un verdiyi məlumata görə, rayonun dağlıq ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində elektrik enerjisi kəsilib.

Elerjinin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sistemi işləmir. Məktəblərdə davamiyyət aşağı düşüb. Həmin kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsilməsi səbəbi ilə fəaliyyət göstərə bilmir.

Sakinlərin verdiyi məlumata görə, kəndlərdə elektrik enerjisi hələ bərpa olunmayıb.

BIR CAVAB BURAXIN