“Ağıllı” gödəkçənin qiyməti və nə vaxt satışa çıxarılacağı açıqlandı

0
687

“Google” və “Levi’s” tərəfindən işlənib hazırlanan “ağıllı” gödəkçənin nə vaxt satışa çıxarılacağı açıqlanıb.

 

İKT.lent.az-ın “Engadget” və “The Verge” portallarına istinadən verdiyi xəbərə görə, gödəkçə payızda “Levi’s” mağazalar şəbəkəsində satışa çıxarılacaq və qiyməti 350 dollar olacaq.

 

“Ağıllı” gödəkçə hələ 1 il əvvəl təqdim olunub, lakin satışlar indiyədək təxirə salınırdı. “Commuter Trucker” adlanan gödəkçənin qol hissəsi sensor “datçik”lər və əlavə elektronika ilə təchiz edilib. Bu, smartfonu idarə etmək üçün nəzərdə tutulub və onun köməyi ilə musiqi qoşmaq, daxil olan zənglərə cavab vermək, naviqatordan marşrutu, eləcə də saat haqda məlumatı öyrənmək mümkündür.

 

Gödəkçə “Google Jacquard” texnologiyası bazasına çalışır. Bu texnologiya  “Bluetooth” vasitəsilə smartfona qoşulur və USB ilə şarj edilir. Yeni geyim cins gödəkçələri xatırlatsa da, xüsusi parçadan hazırlanıb və bu da sahibinin toxunuşunu tanımağa imkan verir.

 

Gödəkçə xüsusi qulluq tələb etmir, mexaniki təsirlər və nəmdən təsirlənmir. Yuyulmadan öncə sadəcə olaraq idarəetmə modulunu gödəkçənin qolundan ayırmaq lazımdır.

 

Yeni məhsul ilk növbədə velosipedçilər üçün nəzərdə tutulub.

BIR CAVAB BURAXIN